07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

Teymur Mustafayevin qohumları niyə karantinə alınmayıb? - TƏBİB-dən açıqlama

12.06.2020 - 310 - Sosial

"Yaxınları karantinə alınmayıb, ancaq xalq artisti Teymur Mustafayevin testinin pozitiv çıxdığı gündən onunla təmasda olan hər kəsdən yaxma götürülüb".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib.
 
O bildirib ki, bu məsələyə görə TƏBİB-ə ünvanlanan ittihamlar yersizdir: "Teymur Mustafayev bir neçə müddət idi ki, müalicə alırdı. Onda COVİD-19 testi pozitiv çıxmışdı. Bu aşkarlanan kimi onun təmasda olduğu hər kəsdən yaxma götürülmüşdü". 
 
Qoumlarından kimdəsə COVİD-19-un nəticələrinin pozitiv olub-olmamasına TƏBİB rəsmisi belə cavab verib: "Biz nəinki Teymur Mustafayev, heç kim haqda bu məlumatı paylaşmırıq".
 
Teymur Mustafayevin nəvəsinin "babam şəkər xəstəliyindən vəfat edib, COVİD-19-dan yox" deməsinə isə Rəvanə Əliyeva belə cavab verib: "Teymur Mustafayevin yanaşı xəstəlikləri olması ilə bağlı biz dünən rəsmi açıqlama yaymışdıq. Onda ağciyər çatışmazlığı, ürək çatışmazlığı, şəkər xəsəıliyi var idi. Klinikaya daxil olarkən ondan götürülmüş COVİD-19 testinin nəticələri pozitiv çıxmışdı. Xalq artisti artıq neçə müddət idi ki, müalicə olunurdu".
 
Xatırladaq ki, müğənni Yusif Mustafayev musavat.com-a açıqlamasında xalq artistinin heç bir qohumunun karantinə alınmadığını deyib:  "Şəkərli diabetdən əziyyət çəkirdi. Neçə gün idi ki, xəstəxanada yatırdı. Dünən vəfat etdi, bu gün səhər tezdən ailəsi ilə birlikdə "Semaşko”dan (1 saylı Kliniki Tibbi Mərkəz) çıxarıb, Cəlilabada apardıq. Ailəsi nə nəzarətə götürülüb, nə də onlardan koronavirus testi götürülüb. Koronavirus əlamətləri olan da yoxdur. Belə bir açıqlama niyə verilib, bilmirik. Yəqin, belə məsləhət olub”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti