12.06.2020 - 320 - Maqazin
“Yaxınları inkar edə bilərlər, ancaq xalq artisti Teymur Mustafayev koronavirusdan vəfat edib”.
Showxeber.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V. Əliyev deyib ki, bu dəfnlərdə az sayda insanlar iştirak etməlidir:
“Əgər yaxınları insanlara yanlış məlumat verirsə, dəfn adi qaydada aparılırsa, bu barədə müvafiq qurumlar araşdırma aparacaq və müvafiq ölçülər götürüləcək”.