19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Bakıda karantini yenə pozdular - Aysel və əri də orada olub

14.06.2020 - 406 - Maqazin

Bakıda restoranların birində keçirilən ad günü məclisində ölkədə tətbiq edilən karantin qaydaları yenidən pozulub.

Showxeber.Az Axşam.az-a istinadən xəbər verir ki, bunu əks etdirən görüntüləri rəqqasə Aygün İnstaqram hesabında paylaşıb.

Video kosmetoloq Nigar Rüfətin ad günündə qeydə alınıb. Kadrlardan da bəlli olduğu kimi, məclisdə 10-dan çox insan iştirak edib. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə görə isə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.), eləcə də 10-dan çox insanın bir yerə toplaşmağı qadağandır.

Ad günü mərasimində Bakı “Lifttəmir” İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı, tez-tez qalmaqallı hadisələrlə gündəmə gələn Aysel Şükürova və əri Oqtay da iştirak edib. O, rəqqasənin çıxışı zamanı onun sinəsinə pul qoymağa çalışıb.


Qeyd edək ki, Aysel Şükürovanın İnstaqramda bir milyondan çox izləyicisi olan səhifəsi var. O, bu yaxınlarda sosial şəbəkədə vətəndaşı və ailəsini ağır söyüşlərlə təhqir etməsiylə gündəmə gəlmişdi. A.Şükürovanın atası Qüdrət Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.

Bundan öncə isə Ayselin ikinci dəfə ailə qurduğu zaman toyuna 400 min manat xərclədiyi haqda məlumat yayılmışdı. 




Showxeber Bizi instagramda izləyin



Xəbər xətti