20.06.2020 - 378 - Sosial
Masallı rayonunun Şərəfə kəndi ərazisində 3 qız itkin düşüb.
Showxeber.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə ötən gün axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.
Dərhal FHN-nin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.