09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Xalq artisti: "Bəhram yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi"

20.06.2020 - 424 - Maqazin

“Bəhramla əlaqə yaratmağa çalışdım, amma ondan cavab gəlmədi. Nigaran qaldım.

Sonra “Instagram”da baxıb bildim ki, xoşagəlməz hadisə ilə üzləşib. Bəhramın səhhəti ilə bağlı xəbər almaq üçün dostum Cabir İmanovla danışdım. Biz bilirdik ki, onun səsində problem var idi. O, səhnədə yüksək səslə danışdığı üçün səs tellərini zədələmişdi. Amma Bəhramın bu dərəcədə xəstələnəcəyi ağlımıza gəlməzdi”.

Bu sözləri Xalq artisti Brilliant Dadaşova “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramına verdiyi müsahibəsində deyib.

Əməkdar artist B. Bağırzadənin insanlara müsbət enerji bəxş etdiyini söyləyən sənətçi onunla sosial şəbəkədə hər gün ünsiyyət qurduğunu vurğulayıb:


“Bəhram hər zaman qarşısındakı şəxsləri sevindirən, təbəssüm bəxş edən insandır. O, hər gün “What’sApp”ıma üç-dörd gülüş doğuran videolar, yazılar yollayırdı. Amma birdən-birə xəstələnməsi bizi çox sarsıtdı.

Bəhram heç zaman xəstəliyini mənlə bölüşməyib. Əsl sənət insanları heç zaman boş şeylər üzərində piar qurmurlar. Onlar insanlara yalnız müsbət əhval-ruhiyyə bəxş edib və sevincini bölüşmək istəyirlər. Kədərlərini isə təklikdə yaşayırlar. Lakin zaman göstərir ki, bu düzgün addım deyil. Şəxsən mən görürəm ki, insanlarla sevincini bölüşdüyün kimi kədərini də bölüşməlisən”.(oxu.az)


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti