09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

"Həyatıma qəsd eləmişəm" - Ayanın şəxsi həyatı Şok etiraf +Video

22.06.2020 - 367 - Maqazin

"Sənət üçün qurban vermişəm, amma bu kəlməni sevmirəm. Nəyi qurban vermişəmsə, özüm bilərəm".


Showxeber.Az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "ATV maqazin onlarla" proqramında deyib. "33 sual" rubrikasının qonağı olan ifaçı aparıcı Ruslan Ağayevin suallarını cavablandırıb.

"Müğənni olmaq, yoxsa evdar xanım olmaq" sualına sənətçi "Ər çörəyi yemək" cavabını verib.

Sevgidən söz açan Ayan həyatında üç dəfə sevdiyini etiraf edib:

"Məsafələr sevgini azaldır. İnsan uzaq olanda... Hiss etdiyin insan yanında deyil, toxunub hiss edə, gözünə baxım nəsə deyə bilmirsən. Ona görə də hər şey yavaş-yavaş sönür və məhv olur.

Bir dəfə sevginin arxasınca getmişəm. İndi sevgi üçün ağlımı itirmərəm".

Babakişiyeva intihara cəhd etməsindən danışıb. O bildirib ki, ən çətin anda canına qəsd etməyə çalışıb:

"Həyatıma özüm qəsd etməyə çalışmışam. Sosial şəbəkədə ən çox sevdiyim şərh: güclü qadın. Amma insan güclü qadın olmaqdan bezir və xoşbəxt olmaq istəyir. Xəyallar qurursan, nağıllara inanırsan. Xəyalların puç olur, küncə sıxılırsan və öz varlığından, kölgəndən qorxursan.

gücün çatmır, canına qəsd edirsən. Bir səs eşidirsən, öz canından bir parça... O, var və nəfəs alır. Bu, yanlış bir qərardır. Bizə bu canı Allah bəxş edib. Kimik ki, ona qəsd edək.

Özünü toparlamalısan. Mənim üçün heç kimin fikri önəmli deyil. Kim haqqımda hansı şərhi verir umrumda deyil, əsas övladımın xoşbəxtliyidir".



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti