09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

"O olmasın, bu olsun"da yeganə kişi Məşədi İbaddır"

29.06.2020 - 252 - Maqazin

Əməkdar artist Rafael İsgəndərov "Ağ və qara" proqramının qonağı olub.

Showxeber.Az axşam.az-a istinadən bildirir ki, aktyor tamaşalarına görə başının çox vaxt bəlaya girdiyini deyib. "Bu şəhərdə"nin üzvü bir həkimlə yaşadığı qalmaqalı danışıb:

"Bəzən tamaşalardan sonra problem yaşayırıq. Sürücülük vəsiqədi almaq üçün poliklinikaya getdim. Oradan müayinədən keçməli idim. Həmin ərəfədə də bir səhnəmiz olmuşdu ki, adam gəlir klinikaya rüşvət verir, kağız alır. Dəhlizdə gözlədiyim an qadın çıxdı mənə nələr dedi...

Abrımı ətəyimə bükdü: "Utanmırsız məni göstərirsiz? Bütün Bakı mənə zəng etdi ki, səni göstərdilər. Sizi sevirdim, indi zəhləm gedir". Qadın bir qışqırır ki... Bütün dəhliz də adamla doludur. Biz səhnəcikdə kişiləri göstərmişdik, qadın yox.

Baş həkim gəldi məni otağına apardı, sakitləşdirdi".
Sevgi ilə bağlı suallara R.İsgəndərov "Eşq, məhəbbət, uşaqlıq olmasa olmaz. Aktyorda eşq hər zaman yaşamalıdır. Doğrudan da "Eşqin məhəbbəti düşüb canıma" mahnısını çox sevirəm" cavabını verib.

Aktyor "O olmasın, bu olsun" tamaşasına dəvət aldığını, amma imtina etdiyini söyləyib:

"Teatrlardan birində "O olmasın, bu olsun" hazırlanırdı. Mənə dedilər ki, Məşədi İbadı oynayarsan? cavab verdim ki, yox. Komediya olsa da, ən ciddi obrazdır. O filmdə varsa-yoxsa yeganə kişi Məşədi İbaddır: ibadətin edir, halal yolla evlənmək istəyir, dinin icazə verdiyi şeylər edir.

Rüstəm bəy qızını qumarda uduzur, biri alfonsluq edir, digəri şantajla məşğuldur".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti