16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |    

Tanınmış aktyor: "Özləri kefdədir, qara camaat da oturub dörd divara baxır"

9.07.2020 - 294 - Maqazin

“Özləri kefdədir, qara camaat da oturub dörd divara baxır. Ayın 20-dən sonra karantini yenə uzatsalar, onda infarkt keçirəcəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev bildirib.

Aktyor insanların yayın istisində evə qapadılmasının onları maddi və mənəvi sıxıntılara saldığını deyib:
“Yayın istisində insanları evə qapamaq olmaz.

Sağlamlığımla bağlı problemlərim var, D vitamini qəbul etməliyəm, hardan alım? Evdə oturmuşuq, kondisioneri də yandıra bilmirik, uşaqlar qoymur. Mən istiyə dözə bilmirəm. İnsanlar kondisioner işlətmir, çünki pul yazır. Əgər belədirsə, qazı, işığı, suyu limitsiz etsinlər.

Bu günəmuzd işləyənlər, evdə oturanlar neyləsin onda?

Hər dəfə on beş gün karantin elan edirlər, vaxt çatanda yenə uzadırlar. Bölgələrdə gedib dincələnlər olur, hamısından xəbərimiz var. Mən də gedərəm, amma postda məni saxlasalar, bunu özümə ayıb bilərəm. Şərait yaratsınlar, bu insanlar heç olmasa, on gün gedib rayonlarda dincəlsinlər. Çünki psixoloji cəhətdən çox yorulublar, özlərinə qapanıblar. Qərar verirlər, amma bu xalqı da gərək düşünsünlər. Özləri kefdədir, qara camaat da oturub dörd divara baxır. İndi ayın 20-dən sonra karantini yenə uzatsalar, onda infarkt keçirəcəm”.

Aktyor onu da bildirib ki, neqativ xəbərlərlə insanları qorxu altında saxlamaq olmaz:

“Hər gün də xəbər verirlər ki, bu qədər adam öldü, xəstəxanalarda yer yoxdur, payızda ikinci dalğa gəlir, daha pis olacaq, ölüm-itim artacaq… İnsanları belə stressdə saxlamaq olmaz, psixoloji təsir edir. Heç olmasa, efirlərdə əyləncəli verilişlər versinlər ki, insanlar bir az da olsun o stressdən çıxa bilsinlər. Bu dərəcədə olmaz. Qorxudan nə qədər adam şəkər xəstəliyi tutub, infarkt keçirib”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti