12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“Polad Həşimovun şəhərin mərkəzində heykəli qoyulsun” – Şeyx

1.08.2020 - 417 - Sosial

“Xalq həmişə zaman-zaman haqlsızlığa, müharibələrə qarşı öz qəhrəmanlıqların yaradıb. Hətta olmayanda misktik qəhrəman yaradıblar ki, xalq onun işığında öz qəhrəmanlığınl sübut etsin. Amma general-mayor Polad Həşimovun sifətində, baxışında elə bir işıq var ki, adam məttəl qalır”

Showxeber.Az xəbər verir ki, bunu Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O, general-mayor Polad Həşimovun adının Qəbələdə küçələrdən birinə verilməsini alqışlayaraq, Bakıda heykəlinin qoyulmasını təklif edib:

“Bütün zamanlarda klassik ədəbiyyatlarımızdakı mistik obrazlarımız xalqın ehtiyacından yaranıb. Xalq həmişə zaman-zaman haqsızlığa, müharibələrə qarşı öz qəhrəmanlıqların yaradıb. Hətta olmayanda mistik qəhrəman yaradıblar ki, xalq onun işığında öz qəhrəmanlığını sübut etsin. Amma general-mayor Polad Həşimovun sifətində, baxışında elə bir işıq var ki, adam məttəl qalır. Sanki Poladın üzündə peyğəmbər nişanəsi var. Onun qohumu mənim dostumdur və Poladla bağlı maraqlı əhvalatlar danışır. Ermənilər faşist Njdeyə heykəl qoyub özlərinə simvol yaradırlar. Türkdən qorxan erməni bizim fərasətsizliyimizdən istifadə edərək artıq bizlərə meydan oxuyur, xaricdə bizlərə hücum edirlər. 

Bu mənada Polad real qəhrəmandır, bunu hamı da təsdiq edir. Ona görə təkcə Qəbələdə yox, təklif edirəm ki, Bakıda adına prospekt verilsin və şəhərin mərkəzində heykəli ucaldılsın. Onun heykəli ətrafında gənclərimiz əsgər gedəndə, ailə quranda and içsinlər. Biz şəxsiyyətlərimizi artıq bütün dünyaya təqdim etməyi bacarmalıyıq.

 Bir-birimizi sevməliyik, paxıllıq, qısqanclıq, yerliçilik bu milləti məhv edib. Adama bütün bunlardan dəhşətə gəlir. Biz bu stereotipi, düşüncə tərzini dəyişməsək,  faydası olmayacaq. Biz hələ də ibtidai mağar psixologiyası ilə yaşayırıq. Bunun da günahkarı ermənidir, çünki azərbaycanlıları ordan qovanda içlərində bura azərbaycanlılaşmış erməni uşaqları göndəriblər. Bununla bağlı məndə sənəd var və buna Mikoyan məktəbi deyirlər. Hesab edirəm ki, Polad Azərbaycan xalqı üçün göydəndüşmə, təbərrük bir şəxsiyyətdir”.  /Moderator.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti