22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |    

Bu vərəqə ilə rayona getmək olacaq - QƏRAR

5.08.2020 - 330 - Sosial

Xəbər verdiyimiz kimi, Baş Nazir Əli Əsədov xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.

Showxeber.Az Publika.az-a istinadən  xəbər verir ki, qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış aşağıdakı şəxslərə xidməti vəsiqələri əsasında icazə veriləcək.

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;

2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;

3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər ezamiyyə vərəqələri olduğu halda;

6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);

1.2.2. aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az”
portalına daxil edilən ezamiyyə vərəqələri əsasında:

1. bu Qərarın 1.2.1-ci yarımbəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları;

2. “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri;

3. bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin işçiləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri;

4. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti