17.08.2020 - 460 - Maqazin
Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğlu Rəhimlə bağlı paylaşım edib.
Showxeber.Az xəbər verir ki, sənətçi övladının ad günü olduğunu vurğulayıb.
Rəhimin şəklini yayımlayan Borçalı "Oğlum, bu gün 17 avqustda 21 yaşın tamam oldu. 22 yaşına keçdin. Amma yoxsan, sənsiz qeyd edəcəm" sözlərini yazıb.
Qeyd edək ki, İbrahimin oğlu Gürcüstanda ağır avtomobil qəzası keçirərək vəfat edib.