07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

Aşura mərasimi keçirənlər saxlanıldı

30.08.2020 - 219 - Sosial

Xaçmazda Aşura mərasimi keçirənlər saxlanılıb.

Showxeber.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda deyilir:

"Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi və ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Bundan əlavə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara cari ilin avqustun 21-dən başlayan Məhərrəm ayı, o cümlədən Aşura günü ilə əlaqədar məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşaraq mərasimlərin keçirilməsinin yolverilməz olduğu və bu məhdudiyyətlərin yalnız əhalinin sağlamlığını qorumaq məqsədi daşıdığı bildirilmişdi.

Buna baxmayaraq təyin olunmuş qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinir.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq rayon ərazisində Eldar Tahirova məxsus fərdi yaşayış evində Aşura məclisinin keçirilməsini aşkarlayıblar. Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, ev sahibi və məclisdə olan 14 nəfər şöbəyə gətiriliblər.
Burda onlarla izahedici söhbətlər aparılıb və törətdikləri qayda pozuntusu barədə məlumat verilib.

Karantin qaydalarını pozan ev sahibi Eldar Tahirov və digər 14 nəfər şəxs barəsində qanunauyğun tədbirlər görülüb".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti