31.08.2020 - 308 - Maqazin
Meyxanaçı Ağamirzə Məmmədov həmkarı Ağakərimin səhhəhtindən bəhs edib.
Showxeber.Az xəbər verir ki, "Baş mövsümü" proqramına qonaq olan sənətçi insult keçirən meyxanaçının vəziyyətinin pis olduğunu söyləyib:
"Ağakərim pisdir. Bizə dua etmək, Allahdan ona şəfa diləmək qalıb. Onun yanına gedib-gələndə çox pis oluram. Övladlarımı aparıram ki, gedin halını soruşun gəlin. Özüm də oturub maşında gözləyirəm. Ürəyim kövrəkdir, onu elə görə bilmirəm".
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər var.