09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

“Get repini denən” - Nadirdən Miri Yusifə

11.09.2020 - 286 - Maqazin

“Mənə sataşan insan mənim gücümdə olan sənətkar olmalıdır. Qarşımda söz deyən, bir tənqid edən və ya nöqsan tutan mənim sənətimdə olmalıdır. İnsan ulduz da ola bilər. Ən az mənim sənətim qədər olmalıdır”.

Showxeber.Az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə onu bir müddət əvvəl ələ salan Xalq artisti Miri Yusifə cavab olaraq "MTV Azərbaycan"a açıqlamasında deyib. İfaçı repçi ilə qalmaqalı sənətinə yaraşdırmadığını bildirib:

“Ümumiyyətlə, mən bu insanla heç təmasda olmamışam. Münasibətimiz yoxdu. Şokda idim ki, bu adama nələr dedim ki, buna nə oldu ki? Düşünürəm ki, Sənətində reper kimi yaxşı sənətkardır, amma musiqi anlamında deyil. Peşəkar musiqiçi deyil. Ola bilər ki, reper kimi qəbul olunmuş sənətkardır. Müğənni kimi yox! Heç belə dostluğumuz, düşmənçiliyimiz də yoxdur. Yəqin, məni yuxuda görüb”.

Müğənni onunla üz-üzə gəldiyi halda belə məsələyə aydınlıq gətirmək fikrində olmadığını da açıqlayıb:

“Yox, mənə yaraşmaz o. Bilmirəm onun neçə yaşı var. Onun yaşının 75 faizi, 40 yaşı varsa, mənim 30 il sənət stajım var. Durum o insanla nə kəlimə kəsim?! Sənətdə, səhnələrdə, mədəniyyət, incəsənət üçün külüng döyəndə onlar bilmirəm harada idi. İndi sənətkara dil uzatmaq olmaz. Mənə söz deməyə sənin haqqın yoxdur. Nə yaxşı, nə də pis. Get, repini denən! Xətrini də istəyirəm. Yaxşı oğlan, reper ola bilərsən. Amma mənə toxunmayın! Oturmuşam öz taxt tacımda. Burdan hər şeyi müşahidə edirəm. Oturuşmuş sənətkarlar var, mən onlardanam. Qəbul olunmuşam.”

Qeyd edək ki, repçi Nadirlə bağlı sosial şəbəkədə yayılan "Nadir Qafarzadə bir neçə il əvvəl "Kitab oxuyursan" sualına cavab olaraq: Gedək professora deyək ki, "xolodilniki"ni açsın, mən də açım. Görək kimdə doludur" sözlərini İnstaqramda story bölümündə yerləşdirmişdi.

Miri Yusif "Həyatın bumeranqdır. Bəzən kiməsə cavab verməyə tələsmək lazım deyil. Çünki dünya fırlanır və qayıdıb dəyir üzünə" sözlərini yazmışdı.

///axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti