19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Sabah ölkəyə qar yağacaq: səbəb nədir? - Ekoloqlar XƏBƏRDARLIQ ETDİ

16.09.2020 - 675 - Manşet / Sosial

Son vaxtlar ölkəmizdə müşahidə olunan iqlim dəyişikliyinin bir neçə səbəbi var. Bu səbəblər sırasında sənaye və energetikanın inkişafı da yer alır. Atmosferdə 6 istilik effekti yaradan qaz mövcuddur.

Showxeber.Az xəbər verir ki, Bu sözləri açıqlamasında ekoloq Müslüm Qurbanov Milli Hidrometeorologiya Xidmətinin 16 sentyabrda bəzi bölgələr üçün verdiyi qar proqnozunu şərh edərkən deyib.

Onun sözlərinə görə, atmosferdəki qazların müəyyən qatılığı var ki, normal temperatur və fəsillərin normal vaxt dəyişməsi bu qatılıq sayəsində baş verir:

“Hazırda atmosferdə xüsusən karbon qazının qatılığı artıb. Bu artım tək ölkəmizdə yox, bütün dünyada iqlim dəyişməsi ilə hiss olunur. Nəticə ondan ibarət deyil ki, haradasa hava temperaturu yüksələcək və ya enəcək, meteoroloji parametrlər də dəyişə bilər. Bilirik ki, okean sularında intensiv sürətdə ərimələr gedir, sahilyanı əraziləri su basır, meşə yanğınları baş verir”.

Ekoloq fəsillərlə əlaqəli iqlim dəyişmələrinin də bu səbəbdən baş verdiyini bildirib:

“Biz qış, yaz, yay və payız mövsümlərinin hər birinin 3 ay müddətinə olduğuna alışmışıq. Amma indi həmin o aylar bir-birinə nisbətən müəyyən dərəcədə sürüşüblər. Təxmini 10-25 gün bir fəsil digərindən daha tez və ya daha gec özünü büruzə verir.

Buna misal olaraq ötən günlərin birində ABŞ-ın əyalətlərinin bir neçəsində havanın temperaturunun gözlənilmədən 30 dərəcə aşağı düşməsini və güclü qar yağmasını göstərmək olar”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti