09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

"40 ilin sənətkarı qolunu açıb efirə çıxmamalıdır"

16.09.2020 - 215 - Maqazin

"Əvvəlki Zöhrə deyiləm artıq. Heç nəyə hövsələm qalmayıb. Bazarlığımı nəvəm edir. İndi oğuləvəzim odur. Gəlinimdən, nəvəmdən razıyam. Qız nəvəm gec-gec zəng edir. Başımın tacı yoxdur, onlar könlümü alır".

Showxeber.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "Hər səhər" verilişində deyib. Oğlunu itirən müğənni nəvələrindən danışıb. O bildirib ki, nəvələri və gəlini ona yaxşı baxır:

"Oğlumu ölümündən sonra iki dəfə yuxuda görmüşəm. Gəldi dayandı mətbəxin qapısında, gülə-gülə dedi ki, ölməmişəm hər şeyi görürəm. Oğlum mənimlə fəxr edirdi. Efirə çıxmağıma səbəb də odur ki, oğlumun ruhu sevinsin və unudulmayım. Etiraf edək ki, uzun müddət görünməyəndə unudulursan. Oğlum ölməzdən əvvəl həyətimizə bayquş gəlirdi. Çox danışmaq istəmirəm, gəlinim və qudam-bacım baxır. Şahnaz xanım bacımdır, ata bir ana ayrıyıq".

Z.Abdullayeva avtomobil idarə etməməyinin səbəbini açıqlayıb:

"Həyətə girəndə əyləcin yerinə qazı basdım. Üç maşın pis günə düşdü. Üçünü də düzəltdirdim. Ondan sonra məndə fobiya yaranıb, maşın sürmürəm. Bir dəfə də yolla gedirəm, gördüm ətrafda maşın yoxdu. Sən demə, görüblər yaxşı sürmürəm, hamı qaçıb".

Müğənni sənət adamlarının geyimlərindən danışıb. O bildirib ki, yaşı çox olan ifaçılar geyimlərini bilmirlər:

"Bir də görürsən 40 ilin sənətkarı "britelka" geyinib çıxır efirə. Olmaz, qolu gizlətməlisən. 40 ilin sənətkarı açıq geyimdə səhnəyə çıxmaz.

40 ildir sənətdəyəm, nə birinin yarına göz tikmişəm, nə də kimisə arxadan vurmuşam. Bizim sənətdə elələri o qədərdir ki...".//axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti