07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

"30 ildə ilk dəfə Oqtayı ağlayan gördüm"

24.09.2020 - 278 - Maqazin

"Çox sevincliyəm, yeni bir statusa qədəm qoymuşam. Düşünürəm ki, balamıza layiqli nənə olacam. Qəribə sevinc hissi mənə məsuliyyət gətirib. Keçirdiyim hissləri sözlərə sığdıra bilmirəm. Tanrıdan diləyim, bütün valideynlərin bu, xoş ovqatı yaşamasıdır".

Showxeber.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "7 Canlı" proqramında deyib.

Bir neçə gün əvvəl nənə olan aktrisa nəvəsindən söz açıb. O bildirib ki, həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyev baba olduğunu eşidəndə ağlayıb:

"Aytən nə qədər balaca idi çəkilişlərə qatılırdı. Hamı deyirdi, gün gəlsin toyu olsun. Düşünürdüm ki, eh, hələ onun gəlin olmasına nə qədər var. İndi toy oldu, Aytən gəlinlikdə, quruyub baxıram ki, həmin gün gəldi? Bu dəfə isə uşaq qucağımda baxıram ki, bu mənim nəvəmdir?Oqtayla 30 ildir evliyik. Bu illər ərzində bir dəfə də olsun Oqtayın gözünün yaşardığını görməmişəm.

Ona zəng edəndə ki, gözün aydın, baba oldun, səsi titrədi. Oqtayın ilk dəfə ağlamağını onda gördüm".///axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti