12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“ARB-dən zəng etmişdilər ki, efirə gələndə şortik geyin” - MİNAdan AÇIQLAMA

24.09.2020 - 429 - Maqazin

Müğənni Minanın ARB TV-nin "Xəbər ətər" verilişinə şort geyinməsi canlı yayımda qalmaqala səbəb olub. 

Showxeber.Az xəbər verir ki, bu haqda SHOWNEWS.AZ-a danışan sənətçi bildirib ki, bu ucuz şou təəssüf ki, ARB kanalının öz ideyası olub:

"Həmin verilişdən əvvəl ATV-də çəkilişdə idim. Özümlə 3 paltar aparmışdım. ATV-də olduğum geyimdə ARB-yə çıxmaq istəmədim. Zəng etdim ki, necə geyinim? Dedilər şort geyin. Hətta ATV-nin çəkilişi gec qurtardı deyə, ARB-yə yarım saat da gecikdim. Aparıcı məni görmədən elan edir ki, Mina gəlib özü də şort geyinib. Özüm şoka düşdüm ki, bu məni görməyib axı?! Mən gərək onda başa düşərdim ki, burada nəsə qurma var ki, onlar vurğunu məhz mənim geyimim üzərində başladılar.

Sonradan canlı yayıma Zöhrə xanım, Gülü xanım zəng edib mənim geyimimə iradlarını bildirdilər. Heyif ki, mən gec anladım ki, bu sadəcə verilişin qurmasıdır. Bu yolla reytinq qazanmaq istəyirlər".
Mina bundan sonra bəzi verilişlərə çıxmağı özünə qadağa qoyduğunu bildirdi:

"Bundan sonra o cür ucuz verilişlərdə efirə çıxmağı özümə qadağan etdim. Mən hamıya hörmətlə yanaşıram. Amma onlar çalışır ki, adamı oyuna salsın. Nə deyim, Allah onların ürəyinə görə versin".
Mina efirə zəng edib ona irad bildirən Zöhrə Abdullayeva və Rəmişin yoldaşına da cavab verdi:

"Zöhrə Abdullayeva çox sərt danışdı. Ona yaraşdırmadım canlı yayımda efirə uyğun olmayan sözlər işlətməyi. Məni abırsız adlandırdı, tuman deyinmisən dedi. Zöhrə xanım öz abırını elə danışığı ilə göstərdi. 

Rəmiş müəllim sənətkardı. Bəs onun həyat kimdir? Onun bu sənətə nə dəxli var? Anlamadım ki, o niyə zəng edib fikir bildirir? Mən kimlərəsə görə tərzimi dəyişəcək deyiləm. ARB kanalı bugünədək mənə dəstək olub. Amma bu veriliş və onun komandası məni oyuna gətirdi. Qəsdən hazırlanmış veriliş idi. Bu haqsızlıqdır. Öz fanatlarımdan və tamaşaçılardan bu cür səviyyəsiz hadisəyə şahid olduqları üçün üzr istəyirəm”."

Qeyd edək ki, "Xəbər ətər" verilişi "SOY Production"un layihəsidir. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti