24.09.2020 - 281 - Maqazin
Tanınmış prodüser və televiziya aparıcısı Tarix Əliyev bu gün rəsmi "Instagram" səhifəsində bir çoxunun səbrsizliklə gözlədiyi xəbəri izləyiciləri ilə bölüşüb.
Showxeber.Az SHOWNEWS.AZ-a istinadən xəbər verir ki, yeni verilişinin adını paylaşan T. Əliyev "Tezliklə" şərhini əlavə edib.
Məlum olub ki, T. Əliyevin yeni verilişi "Günə 1 şou" adlanır.
Qeyd edək ki, Tarix Əliyev 3 il "Xəzər" telekanalında ən reytinqli səhər şousu "Hər şey daxil" proqramının layihə rəhbəri və aparıcısı olub.