12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“Mən hələ qudurmamışam ki, restoran açım” - Yaşar Nurinin qızı

25.09.2020 - 266 - Maqazin

Pandemiya dövrü bir çox sahələri zəiflətdiyi kimi, toy və şou proqramlardan pul qazanan sənət nümayəndələrindən də yan keçmədi, onların konsertləri, əsas gəlir yerləri olan toy şənlikləri ləğv olundu. 

Dəbdəbəli həyat tərzi sürməyə öyrəşmiş şou-biznes nümayəndələri pandemiyanın maddi durumlarına etdiyi mənfi təsirlərdən gileylənməyə başladılar. Evlərini, maşınlarını satışa çıxaranlar kim, yeni biznes qurmağa cəhd edənlər kim…

Showxeber.Az xəbər verir ki, Bu haqda Yenisabah.az-a danışan  mərhum Xalq artisti, Yaşar Nurinin , müğənni Ülkər Yaşarqızı pandemiya dövründə bütün sənət adamları kimi çətinlik çəkdiyini deyib:

“Məndə vəziyyət o qədər də yaxşıdır deyə bilməyəcəyəm, bütün müğənnilər necədirsə, mən də eləyəm. Hazırda heç kəsdə vəziyyət yaxşı deyil, amma sağ olsun yaxşı dostlar. Onların dəstəyi ilə birtəhər yaşaya bilirik. Əlavə gəlir yerim, şəxsi biznesim yoxdur. Çox adam restoranla bağlı suallar verir, ora mənim dostumun məkanıdır. Mən sadəcə orada “art director” və menecerəm. Mənim o boyda pulum yoxdur ki, durum  özümə restoran açım, o  qədər də qudurmamışam”.

Müğənni maddi çətinlikləri olsa da hələ ki, evini, maşınını satışa çıxarmadığını bildirib:

“Açığı, pandemiya elə bir dövrdür ki, hamı çətinlik çəkir. Kim deyirsə, “mən əla dolanmışam” inanmıram.

Ola bilər ki, kiminsə ehtiyatda pulu olub, bu, başqa bir şeydir. Amma ümumi danışsaq, hamıda vəziyyət pisdir. Hələ ki, heç nəyimi satışa çıxarmamışam, satmaq fikrim yoxdur. Gələcəkdə ola bilər vəziyyət pisləşsə, bəlkə mən də sataram, bilmirəm”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti