07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

Oktyabr ayına olan hava PROQNOZU

30.09.2020 - 157 - Sosial

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox  olacağı ehtimal olunur. 

Milli Hidrometeorologiya Xidmətindən Showxeber.Az-a verilən məlumata görə, oktyabr ayının birinci ongünlüyünün ilk günlərində əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. 

Bakıda  və Abşeron yarımadasında  orta aylıq temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16, gündüzlər 20-24, üçüncü ongünlüyün bəzi günlərində 15-18 dərəcə isti  təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  (norma 26-40 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında   orta aylıq  temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması  daxilindədir. Gecələr temperaturun  6-11, gündüzlər 23-28, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-3 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 49-56 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq  temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperaturun 11-16, gündüzlər 18-23, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın  (norma 31-61 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12, dağlarda 0-5 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, gündüzlər 15-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 34-126 mm) gözlənilir.  

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq  temperaturun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 11-16, gündüzlər 19-24, bəzi günlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 37-54 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  orta aylıq temperaturun 11-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, dağlarda 3-7 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 17-22 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 96-274 mm) gözlənilir.  


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti