07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

"Qarabağ” avrokubokların qrup mərhələsinə vəsiqə QAZANDI

2.10.2020 - 165 - Sosial

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Showxeber.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsində qüvvəsini sınayıb.

Çempionlar Liqasında Şimali Makedoniyanın “Sileks” (4:0), Moldovanın “Şerif” (2:1) və Norveçin “Molde” (0:0, pen.5:6) klubları ilə qarşılaşan Ağdam təmsilçisi Polşanın “Legiya” ilə qarşılaşıb.

Avrokubok mövsümündə ilk səfər sınağına çıxan “Qarabağ” bir matçdan ibarət mərhələnin matçını Varşavada keçirib.

Oyunun ilk yarısında ərazi üstünlüyünə yiyələnən “Qarabağ” bir neçə qol imkanı yaratsa da, hesabı aça bilməyib. Təmsilçimiz matçın taleyini fasilədən sonra həll edib.

Komandanın bu yay transfer etdiyi Patrik Andrade ikinci hissənin əvvəlində Polşa çempionunun qapısına yol tapıb. Ardınca Abdullah Zubir və Filip Ozobiç də meydan sahiblərini məyus edib. Bununla da “Qarabağ” Varşava səfərində böyükhesablı qələbə qazanıb – 3:0.

Beləliklə, Azərbaycan çempionu 2020/21 mövsümündə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Bunadək bir dəfə Çempionlar Liqası, beş dəfə Avropa Liqasının qrupuna düşən “Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların əsas mərhələsində oynayacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 2-də keçiriləcək.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti