07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

"Şəhidlərimizi sevə bilmirsinizsə, heç olmasa, nifrət püskürməyin"

2.10.2020 - 205 - Sosial

"Mirşahin bu gün hazırladığı reportajda 1992-ci il döyüşçülərini məğlubiyyət əsgərləri adlandırıb. Hesab edirəm ki, bu, böyük yanlışlıqdır və növbəti reportajlarında mütləq bu səhvini düzəldəcək. Yox, əgər düzəltməzsə, yazdıqlarımı oxusun və bir də düşünsün Mirşahin bəy”.

Showxeber.Az xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə özünün “facebook” səhifəsində yazıb.

“Əsgər heç vaxt məglub olmur, döyüşü ya siyasətçilər, ya da sərkərdələr (komandirlər) uduzur, hörmətli Mirşahin bəy. Şəhid məğlub olmur, o həmişə əbədi qəhrəmandır! 1992-ci ildə Vətən uğrunda iyirmi min şəhid vermişik. Bugün qəhrəmanlıq göstərən əsgərimiz dünənki şəhidin, qazinin övladıdır. Siz Vətən uğrunda döyüşmüş əsgərə necə "məglubiyyət əsgəri" damğası vura bilirsiniz? 

O haqq kimsəyə verilməyib!
Bu, Vətənə xidmət deyil, bölücülükdür. Bu, şəhidlərimizin ruhuna xəyanətdir. Bugün vətənpərvərlik təbliğatı aparan, insanları döyüşə səsləyən qazilərimizə həqarətdir.

Etməyin belə, bununla bütövləşən millətimizi incidirsiniz, şəhidlərimizin ruhuna toxunursunuz, ayağını, əlini itirmiş, bircə qazilik ümidilə yaşayan keçmiş döyüşçünü əzirsiniz. 

Sevə bilmirsinizsə, heç olmasa, nifrət püskürməyin. İnsanların Sizə olan münasibətində kimsə günahkar deyil.

P.S. İnanmaq istəyirəm ki, sizin bu mövqeyinizi heç hakimiyyət də sevmədi. Və mütləq bu səhvinizi düzəltməniz üçün sizə irad bildiriləcək”, - deyə İ.Ağazadə yazıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti