4.10.2020 - 150 - Sosial
Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son statistika açıqlanıb.
Baş Prokurorluqdan Showxeber.Az-a verilən məlumata görə, 27.09.2020-ci il tarixdən 04.10.2020-ci il saat 15:30-dək erməni təxribatı nəticəsində 24 mülki şəxs ölüb, 111 nəfər yaralanıb.
Bundan başqa 49 mülki obyektə, 248 yaşayış evinə ziyan dəyib.