07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

"Komandir dedi ki, ilk Aygünü vurun" - Kazımova ağladı+Video

13.10.2020 - 274 - Maqazin

"Hazırda tək sənət adamları yox, hər bir azərbaycanlı orduya yazılmağa can atır. Biz internetdə görürük ki, Ermənistanda insanları küçədə yığıb cəbhəyə zorla aparırlar, analar qışqırır, səngərdə ayaqlarını zəncirləyirlər. Bəzən bizi tənqid edirlər ki, getmisən nümayiş etdirmə. Biz sənətçiləri qınamasınlar, başqa ruhda insanlarıq. Orduya boşuna könüllü yazılmamışam, təcrübəm var. Biz də boşuna oturmaq istəmirik, vətən üçün nəşə edirik. Hansısa Xalq artistimiz şəhid də ola bilər. Burada nə var ki? Bundan gözəl ölüm var?". 

Showxeber.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova deyib. Aparıcılığını Leyla Quliyevanın etdiyi "Vaxtı gəldi" proqramının qonağı olan müğənni cəbhə bölgəsində baş verənlərdən danışıb:

"Həmişə ümid edirdik ki, Qarabağ geri qayıdacaq. Amma hər zaman içimizdə bir qırıqlıq var idi. İndi isə xəyallarımız gerçəkləşir. Danışdıqca insanın içində bir həyəcan oyanır".

Kazımova 1990-cı illərdə cəbhədə döyüşə getməsindən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Anam, qızım və sənhəyə qayıtmaya bilərdim. Cəbhəyə getmək istəyi uşaqlıqdan məndə var idi. Hətta xəyal edirdim, məşq edirdim ki, mühasirəyə düşərəm. Nə düşünmüşdümsə, başıma gəldi. Mühasirəyə düşmək məqamı da oldu. Könüllü yazılmamışdım, fürsət düşdü və getdim. Anamla sağollaşmağa gələndə artıq formada idim. Qızım anamın qucağında idi. Gözümə ana, uşaq, səhnə, ailə görünmürdü. Axşam vaxtı idi hərbi hissəyə gedirdik, "Niva" maşınında oturmuşduq. Arxada oturmuşdum, sürücü, komandir var idi. Tapşırılan məqamlardan biri o idi ki, nəsə olsa, birinci Aygünü vuracayıq. Deyirdilər ki, əsir düşməmək üçün onu vurmalıyıq. Artıq bununla barışmışdım. Dağın döşü ilə gedirdik, komandir dedi ki, çox və səhv getdik. O sözləri demişdik ki, ratsiyadan başladı ermənilərin səsi gəldi. Dağdan bir-birilərinə siqnal verirlər. Anladıq ki, vəziyyət yaxşı deyil. Komandir dedi ki, birinci Aygünü vurun. Həmin an anam qucağında qızım gözümün qabağına gəldi (ağlayır). Başladıq geri qayıtmağa, qurtulduq. Belə anlar çox olmuşdu.
Bizim bir gözümüz ağlayır, bir gözümüz gülür.

 Son azərbaycanlıya qədər, lazım gəlsə, qadınlar da döyüçəcək və Qarabağı alacağıq. Dünya bu baş verənlərə susmamalıdır. Gəncədə olanlara göz yumulmamalıdır. Deyirik ki, koronovirus niyə var? Bu cür haqsızlıqlara kainat dözmür".



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti