19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

"Elbrus" raketi Qarabağa gətirilsəydi, hədəfi vurma məsafəsi Bakıya çatardı"

14.10.2020 - 236 - Sosial

"Əgər dünən Ermənistanın Azərbaycanın şəhərlərinə tuşlanan raket sistemləri neytrallaşdırılmasaydı, atılan raket Bakıya və ətrafına düşüb zərər yetirə bilərdi".

Showxeber.Az xəbər verir ki, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev deyib. O bildirib ki, kəşfiyyat məlumatına görə, mülki yaşayış məntəqələrimizə atılan "Toçka U" raketi Xankəndidən atılıb:

"Mülki əhaliyə atılan bir neçə raket havada məhv edilib. Azərbaycan həmin raket sistemlərinin atəşə başlamadan öncə tapılaraq zərərsizləşdirilməsi üçün kəşfiyyat-əməliyyat işlərinə başlayıb. Oktyabrın 12-si Qubadlı rayonu ərazisində 1 ədəd "Toçka U" ballistik raket sistemi məhv edilib. Dünən gecə saat 01 radələrində 2 ədəd, səhər saat 08 radələrində 1 ədəd "Elbrus" raket sistemi Ordumuz tərəfindən tapılaraq məhv edilib. 300 kilometr atış məsafəsinə məxsus "Elbrus" raket sistemini Dağlıq Qarabağ ərazisinə gətirilsəydi, onun hədəfi vurma məsafəsi Bakı şəhərinə çatardı. Ona görə də bilmək olmazdı ki, Ermənistan hansı şəhərə raket atacaq".

Daha sonra İkram Əliyev Ermənistanın Azərbaycanın mülki ərazisinə atdığı raket sistemləri, onların hədəfi vurma məsafəsi və digər texniki göstəriciləri haqda diplomatik korpus nümayəndələrinə məlumat verib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti