07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

"Atamın qəbrini ziyarət edib, deyəcəm, məni bağışla" – Manaf Ağayev

15.10.2020 - 212 - Maqazin

"Doğulduğum Füzulinin Şıxlı kəndinin işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyirəm. Son günlər yaşadığım həyəcanı sözlə izah edə bilmərəm. Tezliklə doğma kəndimin də düşməndən azad ediləcəyinə inanıram".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Manaf Ağayev deyib. Sənətçi bildirib ki, ən böyük arzusu "qaçqın" ifadəsinin üzərindən götürülməsidir:
"Bilirsiniz ən çox nəyə sevinirəm? Daha "qaçqınlıq" statusu üzərimdən götürüləcək. İstər-istəməz hərdən adama "qaçqın" deyirlər. Bu da mənə pis təsir edir".

M.Ağayev atasının Şıxlı kəndində dəfn edildiyini bildirib: 

"Atamı dəfn edib çıxmışıq. Onun qəbrini ziyarət edəcəm. Deyəcəm, ata, məni bağışla. O qədər arzularım var ki... Gedib böyüdüyüm kəndin torpağını öpəcəm. Kənddən uşaq yaşından çıxmamışam, hər yeri xatırlayıram. Gedib evimizi tapacam, görüm dağıtmayıblar ki...

Təəssüratlarımı sözlərlə izah edə bilmirəm, bunları yaşamaq lazımdır. Amma məni ən çox həyəcanlandıran atamın qəbrini görmək olacaq".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti