12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Zamiq Hüseynovun kəndi də işğaldan azad olunub

16.10.2020 - 180 - Maqazin

"Son günlər cəbhədə baş verən hadisələr, rəşadətli ordumuzun sayəsində bir sıra torpaqlarımızın işğaldan azad edilməsi xəbərləri Azərbaycan xalqının hər bir nümayəndəsi kimi məni də çox sevindirir. Sevincimin həddi-hüdudu, hisslərimin izahı yoxdur".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Zamiq Hüseynov deyib. Təəssüratlarını bölüşən sənətçi yaşadığı xoş anları belə izah edib:

"30 ildir Azərbaycan xalqı bu günü gözləyir. Çox şükürlər olsun ki, bu gün ordumuz bizə tarixi anlar yaşadır. Azərbaycan tarixi yenidən yazılır! Biz bu tarixi günləri heç vaxt unuda bilmərik... Yaşasın qüdrətli Azərbaycan. Yaşasın cənab Prezident, Ali Baş Komandan İlham Əliyev! Yaşasın qüdrətli Ordumuz!".

Əslən Füzulidən olan Zamiq işğaldan azad olunan Aşağı Əbdürrəhmanlı kəndində doğulduğunu bildirib:

"Cəbhədən ilk qələbə xəbəri gələndə sevincimdən bütün dostlarıma zəng vurub "Xəbəriniz var" sualını verirdim. Həmin sevinc hissi başqa nə iləsə əvəz oluna bilməz. Kəndimizin işğaldan azad edilməsini eşidəndə birinci valideynlərimlə danışdım. Əmim, dayım hamı vətən üçün darıxıb. Biz kənddən çıxanda 7 yaşım var idi. O qədər də çox xatirəm qalmayıb. Amma böyüklərimiz artıq indidən qayıdanda kəndimizdə nələr edəcəkləri ilə bağlı planlar qururlar. Mən də gedəndə ilk olaraq həyətimizin meyvələrindən dadmaq istərdim. O zamanlar balaca da olsam, yadımda qalıb. Amma inanmıram, indi o ağaclardan əsər-əlamət qalsın. Bilirəm ki, məktəbimiz, evlərimiz hamısı yanıb kül olub”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti