12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“Türkiyə həmsədr olsaydı, bu məsələ çoxdan həll edilərdi” - Prezident

16.10.2020 - 126 - Sosial

“Əslində, Türkiyə artıq de-fakto masadadır”.

Showxeber.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Qarabağ probleminin həll olunmasında Türkiyəsiz bir masada nəticə əldə olunarmı?” sualını cavablandırarkən deyib.

Dövlət başçısı qeyd edib ki, bu reallıqdır və bu gün Türkiyə bölgədə yerləşən digər ölkələrlə bu məsələni müzakirə edir:

“Siz də bilirsiniz ki, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olubdur, Xarici İşlər nazirləri, Müdafiə Nazirləri arasında telefon danışıqları olubdur. Eyni zamanda Türkiyənin yüksək səviyyəli rəsmilərinin İran həmkarları ilə təmasları olubdur, digər ölkələrlə... Ona görə də Türkiyə de-fakto burdadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün, zatən Minsk qrupunun üzvüdür, o zaman bilmirəm hansı səbəblərdən Türkiyə həmsədr olmadı. Biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə özü bunu eləmədi. Özü bunu istəsəydi, məncə olardı. Ona görə mən deyirəm, bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə arasında böyük fərq var. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın, yox, qoy onlar da çalışsınlar. Halbuki 30 il ərzində bir nəticəyə nail olmadılar. Amma Türkiyəni bu prosesdən kənarda saxlamaq həm düzgün deyil, həm də mümkün deyil”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti