12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Bakı polisi qara niqabda “kişi” əli olan insanın kimliyini müəyyənləşdirdi - FOTO

19.10.2020 - 216 - Sosial

Son bir neçə gündə “Facebook”da Bakının İzmir parkındakı skamyada oturan qara niqablı qadının fotosu paylaşılır.

Qadının qeyri-təbii dərəcədə kobud və iri əli şəbəkə istifadəçilərinin diqqətini çəkib. Fotoşəkildə üzü görünmədiyi üçün istifadəçilər onun hər hansı bir terror aktı törətmək niyyəti ilə qadın kimi maskalanmış kişi olduğunu iddia ediblər.

Showxeber.Az  Oxu.az-a istinadən xəbər verir ki, Bakının Yasamal Rayon Polis İdarəsinin əməkdaşları dərhal sosial şəbəkədəki məlumatları cavablandırıblar.

 17 oktyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları niqablı, “müəmmalı” şəxs tapıblar. O, həqiqətən, qadın imiş - yaxınlıqda yaşayan Zaqatala sakinidir.

“Onunla danışdıq. Evlidir, bəzən axşamlar İzmir parkında gəzir. Qadının əlləri bədən quruluşuna uyğundur. Buna görə üzünü dini geyimlə gizləyən kişi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, - deyə hüquq-mühafizə işçiləri bildirib.

Polis əməkdaşlarının sözlərinə görə, istənilən cinayətinin qarşısını almaq üçün gecə-gündüz ərazini və bütün şübhəli şəxsləri yoxlayırlar. Bununla belə, polis vətəndaşları diqqətli olmağa çağırır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti