12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

20.10.2020 - 144 - Sosial

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Asif Əliyev oktyabrın 18-də A.M.Şərifzadə küçəsindən “Khazar” markalı avtomobilinə sərnişin qismində əyləşmiş bir nəfərin onun 300 manat dəyərində mobil telefonunu apardığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Showxeber.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Məmmədov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 10 radələrində Cəfər Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla 372 manat dəyərində mobil telefon aparması, habelə 5 nəfəri aldadıb mobil telefonlarını alması, 2 avtomobildən isə mobil telefon oğurlaması da müəyyən edilib.

Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.///unikal.org


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti