12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Mədət Quliyev Özbəkistan səfirini qəbul etdi

21.10.2020 - 168 - Sosial

Müdafiə Sənayesi naziri Mədət Quliyev bu gün Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfiri Bahrom Əşrəfxanovu qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Showxeber.Az-a verilən məlumata görə, Mədət Quliyev səfir Bahrom Əşrəfxanovu təyinatı münasibətilə təbrik edərək, onun iki qardaş ölkə arasında əlaqələrin daha da  möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

Görüşdə hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.

Nazir erməni terrorçuları tərəfindən 27 sentyabr 2020-ci il tarixindən bu günə qədər Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini və bir sıra kənd və qəsəbələri ayrı-ayrı silah növlərindən istifadə edərək atəşə tutmaları, dinc əhaliyə, mülki infrastruktura məqsədli şəkildə zərbələr endirmələri, Gəncəyə raket hücumu və onun ağır nəticələri haqqında səfirə geniş məlumat verib.

Bildirilib ki, Ermənistanın hücumlarının qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Bahrom Əşrəfxanov diplomatik fəaliyyəti dövründə Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməcəyini bildirib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti