07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

Paşinyan döyüşmək üçün xalqa yalvarır

21.10.2020 - 186 - Sosial

Ermənistanın Baş Naziri Nikol Paşinyan ölkəsindəki gərginliyi və müharibə ilə bağlı vətəndaşların ruh düşkünlüyünü sübut edən daha bir açıqlama verib.

Operativ24.Az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, Paşinyan rəsmi feysbuk hesabında açdığı canlı videomüraciət zamanı döyüşmək üçün az qala, xalqına yalvarıb.

 O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında könüllü dəstələr yaradılması üçün şəhər bələdiyyə sədrlərinə, kənd ağsaqqallarına, digər dövlət strukturlarının və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edib:
"Bəs bu gün belə insanlar varmı? Var! Sadəcə qoşulub onların yanlarında durmalıyıq".

Paşinyan "ya qələbə, ya da məğlubiyyət"dən başqa bir seçimin qalmadığını bildirib.

Bununla yanaşı o, acizanə şəkildə Qarabağdan olan bütün iş adamlarını və tələbələri dərhal Xankəndinə qayıtmağa, könüllülər sırasına qoşulmağa və Baş Qərargahın əmri altında hərəkət etməyə çağırıb.
Paşinyan çarəsiz qaldığını həmçinin məhv edilmiş "qəhrəmanları"nı yada salmaqla bir daha etiraf edib:

"Monte Melkonyan, Tatul Krpeyan, Vazgen Sarkisyan və başqaları indi yeni nəslə göydən baxırlar və onlardan birinci Qarabağ müharibəsi zamanı göstərdikləri fədakarlığı gözləyirlər".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti