12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

"Döyüş gedə-gedə qeyri-rəsmi videoları paylaşmaq cinayətdir"

23.10.2020 - 129 - Sosial

Son günlər müxtəlif sosial şəbəkələrdə döyüş bölgəsindən və azad edilən yaşayış məntəqələrindən videomateriallar yayılır. Artıq peşəkar zabitlərin bu videolarda ötürülən məlumat əsasında vurulduğu, şəhid olduğu deyilir. Bu isə bu tip videoların yayılmasının necə təhlükəli olduğunu göstərir.
 
Hərbi şərhçi Ramil Məmmədli "Report"a açıqlamasında bildirib ki, hələ bir neçə il əvvəl müxtəlif dövlət qurumları ölkə vətəndaşlarını hərbi-strateji, hərbi təyinatlı məsələlərlə bağlı videoçəkilişlər və paylaşımlar edən zaman diqqətli olmağa çağırıb:

"Həmçinin hərbi obyektlərin və döyüş əməliyyatlarının çəkilişinin aparılmamasına dair tövsiyə və tələblər irəli sürülüb. Biz bu acı nəticəni 2016-cı ildə aprel döyüşləri zamanı da görmüşük. Bundan sonra KİV-ə və vətəndaşlara bildirilmişdi ki, həm mətbuat orqanlarında, həm də sosial şəbəkələrdə belə material paylaşarkən diqqətli və ehtiyatlı olmaq lazımdır".

R.Məmmədli təəssüflə bildirib ki, bu cür videolar çəkilərək sosial şəbəkələrdə paylaşılır:

"Bununla da Vətən müharibəsi aparan hərbçilərimizi çətin vəziyyətə salırlar. Azərbaycan tərəfindən sosial şəbəkədə yayılan istənilən material düşmən tərəfindən izlənilir, öyrənilir və analiz edilir. Hansı ərazidə və məkanda çəkilişin aparıldığı, mövqeyin necə olduğu müəyyənləşdirilir. Onlar da öz tərəflərindən tədbirlər görürlər. Biz bu cür acı nəticələrlə bir daha qarşılaşmamaq üçün hətta hərbçilər tərəfindən qohumlara göndərilən videogörüntülərin mülki şəxslər tərəfindən paylaşılmasına yol verməməliyik. Belə addım atmamalıyıq".

Hərbi şərhçi özündə müxtəlif videolar və fotolar olduğunu, lakin bunları paylaşmadığını bildirib:
"Belə görüntülər məndə də olub. Amma onları paylaşmaq, status yazmaq yolverilməzdir. Bu məsələlər cinayət tərkibi olan hallardır. Zəng edib hansısa erməniyə deməyə ehtiyac yoxdur, çünki bunu sosial şəbəkədə paylaşmaqla biz mövcud informasiyanı onlara ötürürük. İşğaldan azad edilən ərazilərlə bağlı proses tam bitəndən sonra Ali Baş Komandan informasiya verir və rəsmi şəkildə onlarla bağlı məlumat paylaşılır. Hesab edirəm ki, bundan sonra hər hansı bir paylaşımın edilməsi mümkündür. Amma o da qırmızı xətti nəzərə almaqla. Döyüş gedə-gedə qeyri-rəsmi videoları sosial şəbəkədə paylaşmaq ən böyük yanlışlıqdır, hətta deyərdim ki, cinayətdir".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti