16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |    

Bu uşaqları ermənilər öldürdü... - FOTOLAR

25.10.2020 - 258 - Sosial

Sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri  ağır artilleriya və raket qurğularından atəşə tutulur.

Showxeber.Az-ıın məlumatına görə, erməni vandallığı nəticəsində 65 mülki vətəndaşımız həlak olub ki, onlardan 10-u uşaqdır. 31 uşaq isə erməni təxribatı nəticəsində yaralanıb.


Həlak olanlardan biri də Orxan İsmayılzadədir. 16 yaşlı Orxan bu gün Ermənistanın Tərtər şəhərinə raket hücumu nəticəsində həlak olub. O.İsmayılzadə Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi idi.






2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç isə 17 oktyabr tarixində ermənilərin Gəncəyə "SCUD" tipi raket atması nəticəsində yaralanmışdı. O, 7 gündən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Rusiya vətəndaşı olan Artur Gəncəyə bibisigilə qonaq gəlmişdi.




Eyni qətliam nəticəsində 15 yaşlı Nigar Əsgərova da həlak olub. Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli məktəbin şagirdi olan Nigarın hadisənin sabahı günü ad günü olacaqdı.




Nigarla yanaşı, onun 10 aylıq xalası qızı Narin Xalıqova və anası Sevil Əsgərova da 17 oktyabr qətliamının qurbanları olub. Ana ilə körpəsi eyni məzarda dəfn edilmişdi... Ümumilikdə isə həmin gecə Əsgərovlar ailəsinin 5 üzvü həlak olub.


 
17 oktyabrda Ermənistanın Gəncəyə raket hücumu nəticəsində yuxuda ikən həlak olan körpələrdən biri də 1 yaşlı Mədinədir. Həmin gecə Mədininən valideynləri də qətliamın qurbanları oldular. Ailədən geri qalan Mədinənin 3 yaşlı bacısı Xədicə oldu...




İsgəndərov Fərid Dilafət oğlu isə Ermənistan ordusunun Ağcabədinin ağır artilleriyadan atəşə tutması nəticəsində həlak olub. Rayonun Taynaq kənd sakini olan Fərid 9-cu sinif şagirdi idi.


2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova isə sentyabrın 27-dən başlayan erməni təxribatlarının ilk qurbanlarıdır. Hər iki məktəbli Naftalanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində həlak olub.
 


Onlar Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində oxuyub. Şəhriyar 7-ci sinifdə, Fidan isə 9 sinifdə təhsil alıb. Şəhriyar Qurbanov və Fidan Qurbanova ilə birlikdə digər 3 ailə üzvləri də həlak olmuşdu.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti