12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“O videonu görəndə dedim ki, tez Şükürə zəng elə” - Şükür Həmidovun atası

28.10.2020 - 154 - Sosial

"Mənə zəng elədi, xeyli danışdıq. Qayıtdı ki, ata, sabah bəlkə siz tərəfə getdik. Onda oktyabrın 19-u idi. Ayın 21-də gördük telefonda video var, deyir, Şükür, bura Balasoltanlıdır, çayın o tərəfi başqa yerdir. Mat-məəttəl qaldım. Dəfələrlə deyiblər ki, heç kimin yerini deməyin. Müdafiə Nazirliyi nəyi elan edirsə, onu bildirmək lazımdır. Oğluma dedim ki, təcili Şükürə zəng elə. Dedilər, bu video artıq hamıda var".

Operativ24.Az xəbər verir ki, bu sözləri şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov  "Xəzər" TV-də qonaq olarkən deyib.

Şəhid atası bildirib:

"Ayın 22-də böyük həvəslə televizorda xəbərləri gözləyirdik. Televizorda dedilər ki, bir neçə dəqiqədən sonra sizə şad xəbər verəcəyik. Mən də bütün ailə üzvlərimi ekran başına yığdım. Xəbərlərin başlamasına 5 dəqiqə qalmışdı, gördüm oğlum ağlaya-ağlaya girdi içəri. Ondan sonra xəbərlərə də baxmadıq. Böyük itkidir. Valideyn üçün bu, hər şeydir. Heç bir valideynə qismət olmasın. Xalqımızın hazırkı dövrdəki bu birliyi, bu həmrəyliyi ürəyimi o qədər açır ki... Deyirəm, Allah bunu bizə həmişə bəxş edə. Bu, müharibədir, itki də olacaq. Bu olmasa, düşmənin mundar ayağını torpaqlarımızdan təmizləyə bilmərik".

Nəriman Həmidov Prezident İlham Əliyevin ona zəng etməsindən də söz açıb: "Şükür Həmidovun tabutunu gətirəndə o qədər adam yığışmışdı, bu da adama təsəlli verirdi. Şəhidlər Xiyabanında dəfn zamanı da adam əlindən yer yox idi. Cənab Prezidentin hər dəqiqəsi qızıldı. Amma mənə zəng etdi, başsağlığı verdi, kədərləndiyini bildirdi. Bu, mənə böyük təsəlli verdi. Mənim arzum odur ki, torpaqlarımız son qarışa qədər alınsın. Xankəndidə, Şuşada qələbə bayrağımız dalğalansın, xalqımız qələbəni qeyd etsin".



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti