19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

“Şuşadakı məhləmizi darmadağın ediblər” - Firəngiz Mütəllimova

29.10.2020 - 224 - Maqazin

"Şuşada doğulmuş biri kimi təsəvvür edə bilməzsiniz necə həyəcanlıyam. Evimizi, məhləmizi darmadağın ediblər. Bu yaxınlarda bizim küçənin fotosu yayıldı. Evimiz tarixi binalar olan bir yerdə idi. Baxıram, bütün işğal etdikləri yerlərimizi nə günə qoyublar, terror yuvasına, xarabalığa döndəriblər. Onlar bilirdilər ki, bir gün oralardan gedəcəklər, ona görə də dağıdıblar".



Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova bildirib. Aktrisa deyib ki, illərdir içində qubar bağlayan Şuşa həsrətinin bitməsinə sayılı günlər qalıb:

"Hər gün əlimi göyə qaldırıb Allaha yalvarıram ki, torpaqlarımız tezliklə işğaldan azad edilsin, itkimiz az olsun. Heç bir dünya ölkələrinin yanında başıaşağı olmayaq. Qüdrətli, güclü biri kimi dayanaq. İllərdir Xocalı soyqırımında öldürülən körpələrin fotolarına göz yaşı ilə baxırıq. İndi də Gəncədə, Bərdədə öldürülən günahsız körpələri görəndə ürəyim parçalanır. Kimə nə pislik edirik, niyə dünya buna susur? Allah hamımıza səbr versin...

Şuşaya ilk girəcəyim an yaşayacağım hissi təsəvvürümə belə gətirə bilmirəm. Nələr yaşayacam... Ayağımı həmin torpağa basanda nə olacaq bir Allah bilir. 1991-ci ildə Şuşada atamın 60 illik yubileyini keçirdik. Sonra bir daha ora gedə bilmədim, çünki düşmən başladı atmağa, yolları kəsdilər. Nigaran qalırdım, hər gün evə zəng edib valideynlərimin halını soruşurdum. Qarabağlılar bu hissləri çox yaşayıblar. Sonra başladılar əhalini oradan çıxarmağa. Şuşadan ən son atam çıxmışdı. Güclə avtobusa mindirib gətirmişdilər. Ondan əvvəl anam və bacılarım gəlmişdi. Atam gələndə anam soruşdu ki, soyuducunu “tok”dan çıxardın? "Yox" deyəndə, evdə bir dava düşdü ki... Atam dedi, səni başa sala bilmirəm, Şuşa artıq yoxdur”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti