19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

"29 il keçsə də, hər qarışı yadımdadır" - Elnurun Ağdam həsrəti

20.11.2020 - 218 - Maqazin

"Sonuncu dəfə Ağdama 1991-ci ildə getmişdim. Baba yurdum Gülaflı kəndində yerləşirdi. Oranın hər bir qarışı yadımdadır. 29 il sonra baba yurdumun azad edildiyini eşitmək sevindiricidir".

Bu sözləri Axşam.az-a açıqlamasında stilist Elnur Həsənov deyib. Əslən Ağdamdan olan stilist bildirib ki, yenidən o torpaqlara gedəcəyi günü səbirsizliklə gözləyir:

"Ailəmlə birlikdə Bakıda yaşayırdıq, amma hər yay gedirdik 2-3 ay orada qalırdıq. Babamın, əmim və bibilərimin orada evi var idi. O vaxtlar yaşım az olsa da, oranın hər qarışı yadımdadır. Gözəl günlər keçirmişəm. Özüm məcburi köçkün olmasam da, mənim bibilərim, əmim köçkündür. Onların yenidən yurdlarına qayıdacaqlarına da sevinirəm.

Bəlkə də çoxları inanmaz, amma mən orada olan ağacları belə xatırlayıram.Hər səhər saat 6 da oyanıb su gətirməyə, heyvanları görməyə tələsirdim.

Kəndimizdə məscid, şamla isinən qədim hamam var idi. Təbii ki, indi onlardan düşmən əsər-əlamət qoymayıb qalsın. Amma əminəmki, hər bir şey yenidən bərpa ediləcək. Sevə-sevə mən də yenidən kəndimizə gedəcəm".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti