21.11.2020 - 301 - Maqazin
Müğənni və aktyor Kutsi yeni eşqi ilə gündəmə gəlib.
Showxeber.Az Axşam.az -a istinadən xəbər verir ki, sənətçi rol aldığı serialdakı uşaq aktyor Poyraz Arın anası Sibel Ülkerlə eşq yaşayır.
7 illik sevgilisi Feyza Çıpadan 6 ay əvvəl ayrılan Kutsi uzun müddət tək qalmaq istəməyib.
"Benim Adım Melek" adlı serialda Halil Şirhan obrazını canlandıran sənətçi ilə şəklini yayımlayan Sibel Ülker münasibətlərini gizlətmək istəməyib.
İnstaqramda əsas fotosunu Kutsi ilə birlikdə olan şəkillə əvəzləyən qadın az keçmədən onu silib.