19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

"Radiolar mahnıları pulla səsləndirir" - Mətanət İsgəndərli

30.11.2020 - 230 - Maqazin

"Radiolar mahnıları pul alıb yayımlayırlar. Pulu çox verənin mahnısı gecə-gündüz səslənir. Üç-dörd yaxşı müğənni də qatırlar gözünə. Onun mahnısı gündə bir dəfə, o biri isə gecə-gündüz yayımlanır".

Showxeber.Az  xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Xəbər-ətər" proqramında qonaq olarkən deyib. Müğənni radiolarda bayağı mahnıların çox yayımlanmasından gileylənib.

İsgəndərli proqramda toy musiqisinin efirə çıxarılmasını qınayan Əməkdar artist Teymur Əmraha etiraz edib:

"Toy bizim qədim adətlərimizdəndir. Ömürboyu balamıza toy arzulayırıq. Əvvəl toylar başqa idi. Toy mahnısı yox, biabırçı mahnılar deyin. Toyu gözdən salmayın. O qədər naşükürlük, haqsızlıq etdik ki... Elə danışın ki, kiminsə qəlbinə dəyməyəsiniz. Toyla xalqın 70 faizi dolanır. Toylarda Zeynəb Xanlarova, Məmmədbağırın mahnıları səslənir.

 Çıx elə mahnılar oxu ki, zövqlü olsun. Hərə özünə cavabdehdir. Sən camaatın zövqünü qaldır. Biabırçı mahnılara toy adı verməyin. Elə bir müğənni var ki, toya getməsin? 600-700 mahnım var, hamısını toydakı pullarla etmişəm. Bizim başqa gəlir yerimiz yoxdur. Hər şeyi toyun hesabına edirdim"./axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti