10:22 Zeynəb Xanlarovanın yeni FOTOsu yayıldı  |     10:19 "Günay Musayevanı mən model etdim" - Elgizdən etiraf  |     10:16 "Övlad acısı yaşadım" - Nazpəri  |     11:05 Təranə həbs edilən həyat yoldaşından yazdı  |     16:02 Məşhur müğənni Rəşad Nəcəfli "Altın Kelebek"in qaliblərini tənqid etdi: "Layiq deyillər..."  |     14:20 DİN Təranənin həyat yoldaşı kimi təqdim etdiyi şəxslə bağlı məlumat yaydı  |     13:07 Çingiz 15 illik hesabata hazırlaşır  |     09:29 Aftandil İsrafilovun vəziyyəti ağırlaşıb, yanına heç kimi buraxmırlar  |     21:39 “Reytinqə görə ölünün üzərində səhnəcik qurublar” - YALANDA İTTİHAM ETDİ  |     12:37 Seyran klipini “Netd Müzik”dən sildirdi  |     10:50 Hacı Nuran Samir Bağırovu üzə çıxardı  |     10:45 “Altın Kelebey”i Azərbaycandan onlar aldı  |     10:12 Azərbaycanlı rəqqas intihar etdi  |     00:10 “Altın Kelebek” mükafatının qalibləri müəyyən olub  |     13:26 “Toyuna 2 min saldığım var ki, gəlib 2 yüz salıb”  |     11:22 Həmkarı Alla Puqaçovanın Rusiyanı tərk etmə səbəbini açıqladı  |     00:15 Bu gün “Altın Kelebek”i Azərbaycan üzrə Afaq Gəncəli aparacaq  |     10:43 “Alfons nədir, kimsə mənim adımın yanına ad qoya bilməz, o yazını yazanı axtarıram...”  |     10:40 “Ana olandan sonra sənətdən uzaqlaşmaq istəmirəm, amma indidən...”  |     10:33 “Mikrofonu başına vuraram, cırıq-cırıq olarsan”- Xalq artisti  |    

Bakıda restoranda ad günü keçirən model CƏRİMƏLƏNDİ

5.12.2020 - 671 - Moda

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Showxeber.Az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı Raziyyət Əliyeva, onun 3 rəfiqəsi və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4 000 manat cərimə ediliblər.

"Bir daha diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət olunur", - Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, Raziyyət Əliyeva modelyerdir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti