6.12.2020 - 454 - Mədəniyyət
Türkiyənin reytinqli seriallarından olan “Ramo”da gözlənilməz ayrılıq yaşanıb.
Showxeber.Az xəbər verir ki, ekran işində “Fidan” obrazına həyat verən İdil Fırat 23-cü bölümdə ölərək serialdan uzaqlaşıb.
Aktrisanın partlayaraq öldüyü səhnə sosial şəbəkədə xeyli müzakirə olunub.
Qeyd edək ki, serialın baş rolunu Murad Yıldırım canlandırır.