19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Şagirdə "korsan" deyən müəllimə töhmət verildi

26.12.2020 - 171 - Sosial

Abşeron rayonunda gözü zəif görən üçüncü sinif şagirdinə “anormalsan, korsan” deyən müəllimə töhmət verilib.

SHOWXEBER.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Nicat Məmmədov sosial şəbəkə hesabında məlumat paylaşaraq bacısı qızının Masazır qəsəbəsində yerləşən məktəblərin birində təhsil aldığını bildirib:

“Sinif rəhbərləri uşaqlara məktəbdə normal dərs keçmir ki, əlavə 50 manata hazırlığa gətirsinlər. Bacım qızı da 2 ay hazırlığa getdi, sonra qərara gəldik ki, hazırlığı saxlayaq. Uşağı hazırlıqdan çıxardığımız üçün bu “müəllimə” uşaqla prinsip aparmağa, ayrı-seçkilik etməyə başlayıb.

O gün də onlayn dərsdə uşağa “anormalsan, korsan” deyərək uşaqların içində təhqir edib. Uşağın gözündə zəiflik var, eynək taxır. Bacım normal olaraq mədəni şəkildə bu davranışın səbəbini soruşub, o da sərt cavab verib”.

Məlumat ictimailəşdikdən sonra Təhsil Nazirliyi məsələni nəzarətə götürüb.

Nicat Məmmədov bildirib ki, məktəb direktorunun təklifi ilə uşağın sinfi dəyişdirilib, həmin müəllimə isə izahatı alındıqdan sonra töhmət verilib.
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlikdən bildirilib ki, artıq problem aradan qaldırılıb:

“Məsələ Təhsil Nazirliyi tərəfindən araşdırıldıqdan sonra öz həllini tapıb. Bununla bağlı müvafiq şəxs öz feysbuk səhifəsində də yazıb”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti