13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

“Dostum zəng vurdu ki, ölmüsən?” – Arif Quliyev saxta ölüm xəbərindən danışdı

5.01.2021 - 498 - Mədəniyyət

Bir neçə gün öncə sosial mediada klarnet ifaçısı Arif Quliyevin ölüm xəbəri ölkə gündəminə çevrildi.
 
Amma bir çox sosial şəbəkə istifadəçiləri yanlışlıqla bunu gülüş ustası Arif Quliyevin ölüm xəbəri kimi təqdim etdilər.

Maraqlıdır görəsən Xalq artisti Arif Quliyev bu xəbəri necə qarşılayıb?
 
Baş verən olayla bağlı Xalq artisti Sfera.az-a açıqlama verib: "Bilirsiniz necədir, əksər xəbər saytları baxır ki, oxucu kütləsi azdır, bu cür başlıqlar çıxarmaqla diqqəti cəlb eləmək istəyir. Düşünürəm ki, belə pul qazanmaq olmaz. Oxucu da saytın təqdim etdiyi yazının içini oxumadan panikaya düşür və nəticədə sağkən bizi öldürmüş olurlar”.
 
Xalq artisti yayılan xəbəri gülüşlə qarşıladığını deyib: "Bir yaxın dost var, telefonuma həyəcanla zəng vurdu ki, Arif müəllim rəhmətə gedib? Dedim, bir dəqiqə gözlə, evə zəng vurum, soruşum ki, mən hardayam? Yəni, belə məqamlarda bir söz də deyə bilmirəm.
 
Sonra xəbər tutdum ki, rəhmətə gedən Salyandan bir klarnet ifaçısı olub. Adı başa düşdüm, bəs mənim şəklimi niyə qoyursunuz? Özlüyümdə dedim ki, adlar eynidirsə, nə olacaq, mən də öləndə onun şəklini də mənim xəbərimə qoyarlar. Anlayıram ki, hər yerdə bir rəqabət var. Ancaq jurnalistin bir aktyora belə etməyini anlaya bilmirəm. Mən axı insanlara gülüş bəxş edirəm, kimənə pisliyim olub axı?”.
 
Arif Quliyev yaxınlarının bu xəbərlə sarsıldığını söyləyib: 

"Hətta yaxınlarım evə zəng vurdu ki, bizi bağışlayın, dəfnə çata bilmədik. İnanın çox pis vəziyyətə düşdülər. İndi adət halını alıb, sağkən insanı basdırırlar. Hazırda vəziyyətim də elə yaxşı deyil, nə yeyirəmsə qaytarıram.Yuxum da qaçıb, 5 saatdan artıq yata bilmirəm”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti