19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Şəhid qardaşı danışdı: Məşqə tələsirəm deyən mənim qardaşım deyil - ÖZƏL AÇIQLAMA

11.01.2021 - 190 - Sosial

Dünəndən sosial şəbəkələrdə “məşqə gecikirəm” deyən gəncin şəhid olduğu barədə məlumat və foto paylaşılıb. Fotoda həmin gənclə bərabər ona bənzəyən bir şəhidin fotosu da paylaşılıb və həmin gəncin olduğu bildirilir.

“Yeni Gündəm”in araşdırmasından sonra “məşqə gecikirəm” deyən gəncin şəhid olmadığı, ona bənzəyən başqa bir şəhidimizin olduğu ortaya çıxıb.
Belə ki, şəkildə olan şəhidimiz Samux rayonundan olan Vüsal Allahverdiyevdir.

Bununla bağlı şəhid Vüsal Allahverdiyevin qardaşı Sərxan Allahverdiyev “Yeni Gündəm”-ə danışıb

“Xəbərlərdə paylaşılan şəkildəki şəhid mənim qardaşımdır. Sosial şəbəkələrdə bir müddət əvvəl “məşqə gecikirəm” deyən gəncin şəhid olduğu bildirilib, lakin mənim qardaşımın fotosu paylaşılıb. Bildirmək istəyirəm ki, mənim qardaşım heç zaman Bakıda olmayıb, görüntülər isə 20 yanvarda çəkilib.
Şəhid ailəsi olaraq bu xoşagəlməz hal bizi üzür. Dəqiqləşdirilməmiş məlumat isə sosial şəbəkələrdə və səhifələrdə paylaşılıb.

Bir daha qeyd edirəm ki, həmin məlumatlar tamamilə yalnışdır, “məşqə gecikirəm” deyən qardaş da sağ-salamatdır. Bir şəhid qardaşı olaraq, mənim də istəyim yalan məlumatların hər yerdən yığışdırılmasıdır.”

Qeyd edək ki, bir çox sosial şəbəkələrdə “məşqə gecikirəm” deyən gəncin guya şəhid olduğu barədə məlumat yayılmışdı.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti