19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Azərbaycanda 20 yaşdan aşağı, 65-dən yuxarı şəxslərə qadağa qoyula bilər? - AÇIQLAMA

12.01.2021 - 231 - Sosial

Xəbər verdiyimiz kimi, Türkiyədə 20 yaşdan aşağı, 65 yaşdan yuxarı insanların ictimai nəqliyyatdan istifadə etməsinə qadağa qoyulub. Qərar 15 yanvar tarixindən etibarən qüvvəyə minəcək. Məlumatı İstanbul Şəhər Bələdiyyəsi yayıb. Azərbaycanda da bu qərarın qəbul edilməsi gözlənilirmi?

SHOWXEBER.AZ  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, bu gün yoluxma sayını azaltmaq üçün digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ayrı-ayrı metodlardan istifadə edirlər:

"Bu isə müxtəlif qərarların qəbul edilməsində özünü göstərir. Türkiyədə də yoluxma sayının artmaması üçün müxtəlif metodlardan istifadə edilib.

Hazırda Azərbaycanda tətbiq edilən sərt karantin rejimi daha uyğundur. Belə bir yaş məhdudiyyəti ilə bağlı qərarın qəbul edilməsinin tərəfdarı deyiləm. Hesab etmirəm ki, bu metod effektiv olacaq. Bu cür addımın atılması üçün vəziyyət təhlil edilməlidir.

Nə qədər səmərəli olacağı nəzərdən keçirilməlidir.
Bu cür qərarı qəbul etmək üçün biz təyin etməliyik ki, nə qədər 20 yaşdan yuxarı və 65 yaşdan aşağı vətəndaşlarımız ictimai nəqliyyatdan istifadə edirlər.
Hesab edirəm ki, bu yaş kateqoriyasında olub, ictimai nəqliyyatdan istifadə edən insanlar azdır. Bu qərarın qəbul edilməsini doğru hesab etmirəm. Bu gün tətbiq edilən karantin rejimi tam məqsədə uyğundur.

Əgər gələcəkdə ehtiyac yaransa, bu məsələ nəzərdən keçirilə bilər. Belə qərarların qəbul edilməsi ölkədən ölkəyə dəyişə bilər. Hər bir dövlət vətəndaşını bu virusdan qorumaq üçün fərqli metodlardan istifadə edir".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti