13.01.2021 - 141 - Sosial
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov koronavirusa yoluxub.
SHOWXEBER.AZ xəbər verir ki, dosentin COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda onun müalicəsi davam edir.
R.Mahmudov açıqlamasında xəbəri təsdiqləyib:
“Bir neçə gün öncə test verdim. Koronavirusa yoluxduğum məlum oldu. Hazırda evdə müalicə olunuram. Hələlik səhhətim normaldır”.
/unikal.org