19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

“Ərdoğan və Əliyev icazə versə, yanvarın 30-da...” Baxçalıdan ŞOK ŞUŞA TƏKLİFİ

16.01.2021 - 164 - Sosial

"Prezident Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti İlham Əliyev də uyğun hesab edərsə, şəxsi təlimatımla “Ülkü Ocaqları” təhsil və mədəniyyət vəqfi tərəfindən Şuşada ibtidai məktəbin inşası hədəfimizdir”.

SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

“Twitter” hesabından paylaşım edən D.Baxçalı bildirib ki, Qarabağın ürəyi olan Şuşanın 8 noyabrda işğaldan azad olunması zülmün müqavimətini qırıb və terror dövləti Ermənistanın xəyallarını suya qərq edib: “Strateji mövqeyi ilə yanaşı, Şuşa elə bir yerdir ki, türk mədəniyyət və tarixinin simvoluna çevrilib. Azərbaycan sənət və düşüncə həyatının qaynaqlarından biri olan Şuşanın inkişafı və burada yaşayan uşaqların gələcəyi hamımızın mənəvi məsuliyyətidir. Bu qədim türk şəhərinin təlim-tədris həyatına dəstək vermək gözardı edilməyəcək boyun borcumuzdur. Prezident Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti İlham Əliyev də uyğun hesab edərsə, şəxsi təlimatımla “Ülkü Ocaqları” təhsil və mədəniyyət vəqfi tərəfindən Şuşada ibtidai məktəbin inşası hədəfimizdir. Bu məsələdə sahib olduğumuz bütün imkanları səfərbər edəcək və lazımi işləri dərhal görəcəyik”.
Baxçalı Azərbaycan Milli Marşının 30 yanvar 1920-ci ildə qəbul edilməsinə diqqət çəkərək marşın söz yazarı Əhməd Cavad, bəstəkarı isə Şuşada anadan olan Üzeyir Hacıbəyli olduğunu xatıladıb: “İnşasını arzuladığımız məktəbin adı Üzeyir Hacıbəyli, təməlqoyma günü isə 30 yanvar 2021-ci il ola bilər. Təlim-tədris bir millətin istiqbalının sancağıdır. Bu sancağın varlığı nəsillərin şüurla yetişib, əxlaqla örtülməsini təmin edir”.

// Publika.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti