07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

Özcan keçmiş arvadının iddialarına cavab verdi

23.01.2021 - 242 - Maqazin

Müğənni-aktyor Özcan Deniz keçmiş arvadı Feyza Aktanın onla bağlı iddialarına cavab verib.

SHOWXEBER.AZ  xəbər verir ki, bu haqda İnstaqramında paylaşım edən sənətçi oğlu üçün susduğunu bildirib. Özcan Feyzanın yalan danışdığını, heç bir iddianı qəbul etmədiyini söyləyib:

"Mediada çıxan, illər əvvəl yaşandığı deyilən, heç bir gerçək tərəfi olmayan, nə üçünsə illər əvvəl yox indi ortaya çıxan iddiaları qəbul etmirəm. "Palçıq at, izi qalsın" fikri ilə edilib. Heç bir qadına şiddət göstərmədim, keçmiş həyat yoldaşıma maddi və mənəvi işgəncə vermədim. Yeni bir layihə təqdim edəcəyim ərəfədə bunların yaşanması başqa bir məsələdir.

Deyəcək çox sözüm var, amma övladıma görə susuram. Gələcəkdə övladımı üzəcək iz qoymaram. Mən bu həyatda ən dəyərli varlığım olan uşağımı düşünürəm. Əlimdən alınmağa çalışılarsa, oğlumu bu çirkin davadan ziyan görmədən qurtarmağa çalışacam. Onun gələcəyini qurmaq, ona maddi və mənəvi bir miras qoymaq üçün işləyirəm. Anası haqda yerli-yersiz danışmadım, danışmayacam da. Bütün baş verənləri məhkəmə yolu ilə araşdırıb, ortaya çıxaracam".

Qeyd edək ki, Feyza Özcanın və qardaşının onu şantaj etdiyini, döydüyünü bildirib. O, məhkəməyə şikayət edərək sənətçi ilə bağlı uzaqlaşdırma qərarı çıxartdırıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti