11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

"Rəmiş əməliyyat olunsa, sağ çıxmayacaq" - Video

27.01.2021 - 450 - Mədəniyyət

"Həmin Zaur" proqramı səhhətində problem olan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) evində çəkiliş edib.

SHOWXEBER.AZ  xəbər verir ki, bir müddətdir xəstə olan gitara ifaçısı aparıcı Zaur Kamalı tanımaqda çətinlik çəkib. Rəmişin həyat yoldaşı Gülü onun əməliyyat olunmayacağını deyib:

"Rəmişdən ötrü hər gün ağlayıram. Bronxlarından əziyyət çəkirdi, indi də qaraciyərində problem çıxıb.

Qaraciyərinə su gəlib, bir dəfə çəkdirdik. Deyirlər, guya, yardım istəyirəm. Rəmişi heç vaxt alçaltmaram, heç kimin köməyinə ehtiyacım yoxdur. Əməliyyat olunmayacaq. Həm yaşı imkan vermir, həm də nəfəsalmasında problem var. Əməliyyat olunsa, sağ çıxmayacaq. Lazım gəlsə, evi satıb Rəmişi müalicə etdirəcəm.

Həkim nə dərman yazır, hamısını edirəm. Yatmağı qaraciyərindəndir. İndi onu sağaldırıq. Sonra ağciyərini müalicə edəcəm. Rəmişin 76 yaşı tamam oldu, Allah məni göndərib ki, ona baxım. O, mənim həyatımdır, onsuz necə olaram bilmirəm. Bəziləri pis yozar, amma elə bilirəm balamdır. Möhkəm dostuq, çətin günləri bir yerdə keçirmişik.

Gəzdi, dolandı, nə etdisə halalı olsun. Məni incitdi, amma xoşdur, kişi elə olmalıdır".

Gülü bildirib ki, qardaşları, övladları Rəmişə baş çəkmir:

"Rəhmətə gedən qardaşının qızı hər gün gəlib baş çəkir. Bir də bacısı hərdən gəlir. Başqa heç kim gəlib yoxlamır". 


/axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti